Gürcüstanda qaz tapıldı

Gürcüstanda qaz tapıldı
  21 İyun 2014    Oxunub:860
ABŞ-ın “Frontera Resources” neft-qaz şirkəti Mçare Xevi qaz yatağının işlənməsi zamanı qaz aşkarlayıb.
Bu barədə AzVision.az Gürcüstan KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən yataqda 42 milyard kubmetr təbii qaz var.

“Bu yataqda 42 milyard kubmetr həcmində qazın olduğu müəyyənləşdirilib. Bu gələcəkdə Gürcüstanın enerji müstəqilliyinin təmin olunmasına əsas yaradacaq”, - deyə “Frontera Resources” şirkətinin prezidenti Stiv Nikandros bildirib.

Layihəyə 400 milyon dollar xərclənilib. Şirkətin Gürcüstan nümayəndəliyinin icraçı direktoru Georgi Zambahidzenin sözlərinə görə, bu gündən etibarən Mçare Xevi yatağından gün ərzində Gürcüstanın əsas qaz kəmərinə 75 min kubmetr qaz ötürüləcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti