Xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib

Xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib
  09 Yanvar 2024    Oxunub:1108
Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına salınacağı dairələrin adları məlum olub.
Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi növbədənkənar Prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Həmin siyahıya 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
AzVision.az



Teqlər:





Xəbər lenti