Sumqayıtda 34 yaşlı oğlan bıçaqlandı

   Sumqayıtda 34 yaşlı oğlan bıçaqlandı
  10 Yanvar 2024    Oxunub:1096
Yanvarın 10-də saat 02 radələrində Sumqayıt şəhərində 1990-cı il təvəllüdlü Piriyev Həsənalı Əli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən AzVision.az -a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1983-cu il təvəllüdlü Quliyev Seymur Şahmar oğlu saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti