Türkiyə 10 ilə Aya iki dəfə pilotsuz kosmik aparat göndərəcək

  Türkiyə 10 ilə Aya iki dəfə pilotsuz kosmik aparat göndərəcək
  10 Yanvar 2024    Oxunub:1010
Türkiyə 10 il ərzində Aya iki dəfə pilotsuz kosmik aparat göndərməyi planlaşdırır. Bu barədə ölkənin sənaye və texnologiya naziri Fatih Kadzhir məlumat verib.
Onun sözlərinə görə, ilk türk kosmonavtı Alper Gezeravcının yanvarın 18-də planlaşdırılan uçuşu Türkiyənin milli Ay proqramının həyata keçirilməsinə start verəcək.

“Biz öz imkanlarımızdan istifadə edərək hazırladığımız kosmik gəmini Aya göndərməyi planlaşdırırıq, indi istehsal mərhələsinə qədəm qoymuşuq. Biz bu missiyanı 10 il ərzində iki dəfə həyata keçirməyi planlaşdırırıq. Bu pilotsuz bir missiya olacaq. Texniki cəhətdən desək, ilk növbədə Aya sərt eniş olacaq”, – deyə “Sabah” qəzeti nazirin sözlərindən sitat gətirir.

2021-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan astronavtların hazırlanması və Aya öz raketinin buraxılması daxil olmaqla, milli kosmik proqramın başladığını elan etdi. Xərclər təxminən 6 milyard dollar olacaq.

2023-cü ilin aprelində Ərdoğan uçuş üçün iki namizəd təqdim etdi. Sonda seçim Türkiyə Hərbi Hava Qüvvələrinin pilotu Gezeravcı oldu. Onunla birlikdə orbitə İspaniya, İtaliya və İsveçdən olan həmkarları uçacaq.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti