"17,8 min I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə verilib" - Sədr

   "17,8 min I Qarabağ müharibəsi əlilinə birdəfəlik ödəmə verilib" -    Sədr
  10 Yanvar 2024    Oxunub:998
"2022-ci ildən bu günə qədər 5002 nəfərə dövlət icbari şəxsi sığorta təyin olunub".
AzVision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov 2023-cü ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2023-cü il ərzində 1920 nəfərə sığorta təyinatı aparılıb:

"Sığorta ödənişlərin proaktiv qaydada təyin edilməsi üçün işlər aparılır, alt sisteminin formalaşdırılması təmin edilib. Hazırda sistem test mərhələsindədir, yaxın vaxtda işə salınması nəzərdə tutulur".

H.Məmişov qeyd edib ki, 1991-1997-ci illər üzrə Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin verilməsi davam etdirilib. "Belə ki, 2022-ci ildə 17 min 367 nəfərə, 2023-cü ildə 495 nəfərə birdəfəlik ödəniş verilib. Bu ödənişlər üçün büdcədən 111.1 milyon manat sərf edilib".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti