“İŞİD”dan növbəti qətliam: 30 ölü
Nəzarət-keçid məntəqəsinə hücum Suriya ilə sərhəddə yerləşən Ənbar vilayətinin əl-Qaim şəhərində baş verib. Gömrük və sərhəd keçid məntəqsi uğrunda döyüş bir gün davam edib. Məlumata əsasən nəzarət-keçid məntəqəsinin tutulması yaraqlılara ağır zirehli texnikalarla birgə sərhədi maneəsiz keçməyə imkan verəcək.
Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: