Sumqayıtda 28 saylı məktəbə yeni direktor təyin olunub

   Sumqayıtda 28 saylı məktəbə yeni direktor təyin olunub
  10 Yanvar 2024    Oxunub:2205
Sumqayıt şəhəri General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub
AzVision.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən bu vəzifəyə Araslan Rzayev təyin edilib. O, daha əvvəl Laçın rayonu 11 saylı tam orta məktəbin direktoru olub.

Qeyd edək ki, bundan öncə 28 nömrəli tam orta məktəbin direktoru Oktay Abdullayev olub.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti