Sabah rayonlara qar yağacaq, şaxta olacaq
Havanın temperaturu gecə 0-3 dərəcə isti, gündüz 4-7 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə iki dərəcə şaxtadan üç dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz üç dərəcə şaxtadan iki dərəcəyədək isti olacaq.
AzVision.az
Teqlər: