Naxçıvanda ana imtahana girdi, uşağını dekan saxladı - FOTOLAR
“Müəllimə, zəhmət olmasa, uşağı saxlayın, imtahana girim!” – deyən, fakültəmizin 4-cü kurs tələbəsi Zeynəbin balaca mələyi Sevinc. Ana imtahana daxil olubsa, dekan da körpəni saxlamalıdır. Xeyli müsbət enerji aldım bu yarım saatlıq müddətdə, çoxsaylı işlərimizin arasında”, – deyə paylaşımda bildirilib.
Qeyd edək ki, imtahan verən qadın Naxçıvan Universitetinin Xarici dil müəllimliyi (ingilis) ixtisası üzrə 4-cü kurs tələbəsi Zeynəb Şöhrət qızı Vəliyevadır.
AzVision.az
Teqlər: