Hansı tərəfə yataq ki, kabus görməyək? - Maraqlı

   Hansı tərəfə yataq ki, kabus görməyək? -    Maraqlı
  10 Yanvar 2024    Oxunub:1429
Sleep and Hypnosis jurnalında maraqlı araşdırma dərc olunub. Məqalədə bildirilir ki, insanın kabus görməsinə yataqda bədəninin hansı tərəfində uzanması ciddi təsir göstərir.
Mütəxəssislər sol tərəf üstdə yatmağın kabuslara səbəb ola biləcəyini deyirlər. Bildirilib ki, bütün gecə sol böyrü üstə yatmaq ürək və tənəffüs yollarında gərginlik yaradır.

“Sleep and Hypnosis” jurnalı qeyd edir ki, sol tərəfində yatanların kabus görmə ehtimalı 41 faiz, sağ üstə yatanların isə 15 faizdir.

Bu barədə yuxuları çözən britaniyalı Theresa Cheung deyir:"Araşdırmalar göstərib ki, sol böyrü üstə yatan insanların ürək fəaliyyətində dəyişikliklər olur ki, bu da stressin göstəricisidir. Stress yuxu keyfiyyətini aşağı saldığı üçün kabus görməyə səbəb olur.

Sağ böyrü üstə yatanların ürək fəaliyyətində heç bir dəyişiklik olmayıb. Arxa üstə yatmaq isə tənəffüs problemlərinə səbəb olur. İdeal mövqe sağ tərəf üstdə uzanmaqdır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti