Qəzetlərin qiyməti bahalaşdı

   Qəzetlərin qiyməti bahalaşdı
  10 Yanvar 2024    Oxunub:1005
Azərbaycanda qəzetlərin qiyməti bahalaşıb.
“Trend”in əldə etdiyi məlumata görə, Azərbaycanda yayımlanan qəzetlərin qiymətlərində ortalama 20 qəpik artım olub.

Belə ki, “Azərbaycan”, “Bakinskiy raboçi”, “İki sahil”, “Respublika”, “Xalq”, “Yeni Azərbaycan” qəzetləri 20 qəpik bahalaşaraq 60 qəpiyə satılır.

“Yejednevnıye Novosti” qəzetinin qiyməti isə 30 qəpik bahalaşaraq 80 qəpik olub. “Xalq Cəbhəsi” qəzeti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə satılır.

AzVision.az


Teqlər:





Xəbər lenti