Oğuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var

   Oğuzda 2 avtomobil toqquşub, xəsarət alanlar var
  10 Yanvar 2024    Oxunub:896
Oğuz-Şəki avtomobil yolunun Oğuz rayonunun Calut kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib.
AzVision.az -ın məlumatına görə, "VAZ-2106" və "VAZ-2107" markalı avtomobillər toqquşub.

Nəticədə avtomobillərdə olan bir neçə nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.(report)

AzVision.az



Teqlər:





Xəbər lenti