ABŞ-da ilk: Ömürlük məhbusu azotla öldürəcəklər

      ABŞ-da ilk:    Ömürlük məhbusu azotla öldürəcəklər
  11 Yanvar 2024    Oxunub:1139
Məhkəmə sənədlərinə əsasən, yanvarın 25- i ABŞ tarixində ilk azot edamı baş tutacaq. Bu barədə TASS yazır.
Alabama məhkəməsi etirazlara baxmayaraq, bunu qadağan etməyib.

Məhkum Kennet Yucin Smit 1988-ci ildə keşiş ərinin sifarişi ilə bir qadını öldürdüyünə görə ölüm cəzasına məhkum edilib.

O, ABŞ-da edam cəhdindən sağ çıxan iki nəfərdən biridir. 2022-ci ilin noyabrında onu öldürücü inyeksiya ilə edam etmək cəhdi uğursuz olub.

Sxemə görə, məhkum yalnız azotla nəfəs almağa məcbur olacaq ki, bu da hipoksiyaya və sonda ölümə səbəb olacaq. Metodun tərəfdarları bunun ağrısız olduğunu israr edirlər, lakin əleyhdarlar bu cür edamı insanlar üzərində aparılan təcrübələrlə müqayisə edirlər.

Alabamadan başqa, bu cür edamlara yalnız Oklahoma və Missisipi ştatlarında icazə verilir.

BMT ekspertləri Smitin azot hipoksiyasından istifadə edərək edam edilməsi planları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Çünki azotla tənəffüs edilməsi məhbusun əziyyət çəkməsinə səbəb ola bilər və hazırda bu narahatlıqları aradan qaldıracaq elmi dəlil yoxdur.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti