Arıqlamaq üçün təhlükəli məhsullar satırlardı - VİDEO
Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəllüdlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib.
Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir. DİN və AQTA insan sağlamlığı fərdi məsələdir və vətəndaşlara sağlamlıqlarının qeydinə qalan zaman yalnız tibbi təhsili olan həkimlər tərəfindən təyin edilən preparatlardan istifadə etməyi tövsiyə edir.
AzVision.az
Teqlər: