"Azərbaycan yaxın gələcəkdə turizm üzrə Qafqazda birinci olacaq"

   "Azərbaycan yaxın gələcəkdə turizm üzrə Qafqazda birinci olacaq"
  11 Yanvar 2024    Oxunub:950
“Azərbaycanda 2000-ci illərin əvvəlinə qədər 5-10 turizm şirkəti, 250-ə yaxın hotel fəaliyyət göstəriridi. Son 20 ildə isə ölkədə fəaliyyət göstərən hotellərin sayı 800-ə çatıb və onlarln bir çoxu brend hotellərdir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağa Kərimo “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda deyib.

O bildirib ki, pandemiyadan əvvəl ölkədə 4000-ə qədər turizm şirkəti fəaliyyət göstərirdisə, indi onların sayı 2500-ə qədərdir. "Hazırda bütün Azərbaycanda, Bakı və regionlarda dünyanın bütün brend otelləri fəaliyyət göstərir: “1994-cu ildə “Əsrin kontraktı” imzalanandan sonra turistlər Azərbaycanın cəlbedici ölkə olduğunu anladılar. Həmin brend hotellər 2000-ci illərdən sonra fəaliyyətə başladılar. Azərbaycan Qoşulmama hərəkatının üzvüdür, bu da vacib məqamdır".

M.A.Kərimov hesab edir ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda birinci olacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti