Azərbaycanda turizm polisinin yaradılması təklif edilib

   Azərbaycanda turizm polisinin yaradılması təklif edilib
  11 Yanvar 2024    Oxunub:1280
Azərbaycanda turizm polisinin yaradılması təklif edilib.
AzVision.az xəbər verir ki, belə təklifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli verib.

O qeyd edib ki, turistik səfərlərdə, eləcə də ölkəmizə gələn turistlərə qarşı dələduzluq hallarının qarşısının alınmasında turizm polisinin yaradılması faydalı olardı.

"Malaziya, Tailand, qonşu Özbəkistanda da turizm polisi var. Biz də Daxili İşlər Nazirliyi tərkibində xoşgörünümlü insanların cəlbi yaxşı olardı və dələduzluq hallarının qarşısı alınardı".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti