Daha bir ölkədə iğtişaş baş verib

   Daha bir ölkədə iğtişaş baş verib
  11 Yanvar 2024    Oxunub:987
Papua-Yeni Qvineyada polisin tətilə çıxmasından sonra ölkədə talanlar başlayıb.
AzVision.az xəbər verir ki, hadisələr nəticəsində paytaxt Port Morsbidə 8, Lae şəhərində isə 7 nəfər həyatını itirib.

Ölkənin Baş naziri Ceyms Marape vəziyyətlə əlaqədar mətbuat konfransı keçirib.

“Dünən polis işə çıxmadığı üçün bir sıra şəhərimizdə insanlar qanunsuzluğa əl atıblar. Həmin bölgələrə polis qrupları göndərildikdən sonra gərginlik səngiyib və asayiş bərpa olunub", - Baş nazir deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:





Xəbər lenti