Azərbaycan Rusiyaya daha 306 min yumurta göndərdi

   Azərbaycan Rusiyaya daha 306 min yumurta göndərdi
  11 Yanvar 2024    Oxunub:996
“Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18,63 ton (306 min ədəd) yumurta gətirilib.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti məlumat yayıb. Bununla da, Azərbaycandan Rusiyaya təqribən 1,5 milyon yumurta (90,63 ton) tədarük edilib.

Rusiya 2024-cü il yanvarın 1-dən tədarük həcmi 1,2 milyard ədədə qədər olan toyuq yumurtasına idxal rüsumunu ləğv edib. Bu qaydalar 30 iyun 2024-cü il tarixinədək qüvvədə olacaq. Qətnamənin məqsədi Rusiyada təklifi artırmaqla məhsulun qiymətlərini sabitləşdirmək idi.

Rusiyada son aylar toyuq yumurtasının qiymətində artım müşahidə olunur. "Rosstat"ın məlumatına görə, ötən ilin noyabrında yumurta oktyabr ayı ilə müqayisədə 15,07% bahalaşıb, ilin əvvəlindən isə toyuq yumurtasının qiyməti 36,54% artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti