“İŞİD” daha bir kəndi ələ keçirdi

“İŞİD” daha bir kəndi ələ keçirdi
  21 İyun 2014    Oxunub:943
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraqın Əl-ənbar rayonunun Əl-Qaim kəndini ələ keçiriblər.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaraqlılar İraq ordusuna məxsus olan hərbi vasitələrə də əl qoyub.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.





Teqlər:





Xəbər lenti