Yəmənə endirilən zərbələrin sayı açıqlandı - VİDEO

 Yəmənə endirilən zərbələrin sayı açıqlandı  - VİDEO
  12 Yanvar 2024    Oxunub:1155
Yəmən "Ənsar Allah" (Husi) hərəkatının nəzarətində olan şəhərlərə 23 zərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə yerli mediaya hakimiyyət orqanlarındakı mənbələr məlumat veriblər.

ABŞ və Britaniya Yəməndə husilərin hədəflərini vurur
“Qırıcılar Səna Beynəlxalq Hava Limanına və ona bitişik Əd-Dleymi aviabazasına dörd reyd keçiriblər. Husi qrupunun Hudeydə limanına bitişik Əl-Katib bölgəsindəki hava limanı və kazarmalarına, eləcə də qrupun Hudeydə şəhərinin şərqindəki düşərgəsinə səkkiz hava zərbəsi endirilib”, - deyə mənbələr bildiriblər.

Taiz şəhərinin Əl-Cənd ərazisindəki 22-ci mexanikləşdirilmiş briqadanın düşərgəsi də hücuma məruz qalıb. Eyni şəhərdə hava limanına zərbələr endirilib.

Xarici KİV isə təkcə ABŞ Hərbi Hava Qüvvələri Yəmənin husi üsyançı hərəkatının 16 obyektinə 60-dan çox hədəfə zərbələr endirdiyini yazıb. Qeyd edilir ki, xüsusilə sursat anbarlarına, buraxılış qurğularına, istehsalat obyektlərinə və hava hücumundan müdafiə radarlarına zərbələr endirilib. Hərbi Hava Qüvvələri müxtəlif növ 100-dən çox dəqiq idarə olunan sursatdan istifadə edib. Zərbələrə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının təyyarələri və yerüstü və sualtı platformalardan atılan Tomaqavk qanadlı raketləri cəlb edilib.

Qeyd edək ki, yanvarın 12-nə keçən gecə ABŞ və Britaniya Yəməndə husilərin mövqelərinə zərbələr endirib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Yəmən   Zərbə  





Xəbər lenti