Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb - YENİLƏNİB

 Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb -   YENİLƏNİB
  12 Yanvar 2024    Oxunub:2517
Tanınmış jurnalist Səbuhi Məmmədli Yeni Klinikaya köçürülüb.
TƏBİB-dən AzVision.az-a verilən məlumata görə, hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

***
TƏBİB jurnalist Səbuhi Məmmədli haqqında məlumat yayıb.

TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, tanınmış jurnalist Səbuhi Məmmədli 12.01.2024-cü il tarixində saat 10:25 radələrində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Qəflətən ürəyi dayanan Səbuhi Məmmədlinin ürək fəaliyyəti həkimlərin səyi nəticəsində bərpa olunub və Reanimasiya şöbəsinə aparılıb..

Kəskin tənəffüs çatışmazlığı diaqnozu qoyulan Səbuhi Məmmədlinin vəziyyəti kritik ağır qiymətləndirilir.

Qeyd edək ki, Səbuhi Məmmədli "Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı" çərçivəsində hemodializ müalicəsi alır.

AzVision.az


Teqlər:





Xəbər lenti