“ASAN xidmət” "RoboCode" robotik kodlama düşərgəsinə başlayır
Bir ay boyunca davam edəcək düşərgədə iştirakçılar müasir robototexnika və avtomatlaşdırma texnologiyaları sahəsində geniş biliklər əldə edəcəklər. Həmçinin onlar yerli və xarici peşəkarlar tərəfindən təşkil olunacaq təlimlərdə təcrübi bilikləri mənimsəməklə karyera perspektivlərini genişləndirmək imkanı qazanacaqlar.
Düşərgədə “C++”, “Python” proqramlaşdırma və “Linux” biliklərinə başlanğıc səviyyədə malik olan 18-30 yaşarası gənclər iştirak edə bilərlər.
Müraciət üçün son tarix: 31 yanvar 2024
Qeydiyyat üçün link: https://forms.gle/qAWmissA45danEJj6
AzVision.az
Teqlər: