Okean suyunun temperaturu 5 dəfə rekord təzələyib

   Okean suyunun temperaturu 5 dəfə rekord təzələyib
  12 Yanvar 2024    Oxunub:1775
Çinin rəhbərlik etdiyi beynəlxalq araşdırmalara əsasən 2023-cü ildə okean suyunun temperaturu ardıcıl olaraq 5 dəfə rekord təzələyib. İstixana qazı emissiyaları azalsa belə, yüz il ərzində suyun temperaturu artmağa davam edəcək.
Çin Elmlər Akademiyasının apardığı araşdırmada Çin, ABŞ, Yeni Zelandiya, İtaliya və Fransadan olan tədqiqatçılar okean suyunun illik temperaturunu ölçüblər.

Müəyyən edilib ki, 2023-cü ildə okean suyunun temperaturu 2022-ci ilə nisbətən 0,23 dərəcə yüksək olub və bu, ardıcıl 5-ci dəfə qeydə alınan "ən yüksək temperatur" olub.

Tədqiqatçılar qeyd ediblər ki, istixana qazları emissiyaları azalsa belə, bu əsrdə okean suyunun temperaturu artmağa davam edəcək.

Araşdırmanın nəticələri “Advances in Atmospheric Sciences” jurnalında dərc olunub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti