Sibel Canın "Tamam o zaman"ı Azərbaycan mahnısıdır? - VİDEO

   Sibel Canın "Tamam o zaman"ı Azərbaycan mahnısıdır?    -    VİDEO
  12 Yanvar 2024    Oxunub:1678
Türkiyəli müğənni Sibel Can plagiat mahnı oxuması ilə gündəmə gəlib.
AzVision.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, onun "Bir Parmak Bal" albomunda yer alan “Tamam o zaman” adlı mahnısı əvvəllər azərbaycanlılara aid olub. İddialara görə, sənətçinin ifa etdiyi "Tamam o zaman"ın sözləri Söhrab Tahirə, musiqisi isə Tahir Əkbərə məxsus olub. Söhbət "Gülüb getdi" mahnısından gedir. Çünki "Tamam o zaman" "Gülüb getdi"yə oxşarlığı ilə diqqət çəkir.

Tahir Əkbər "Gülüb getdi"ni 1987-ci ildə bəstələyib. Türkiyəli müğənni isə 28 il sonra mahnının oxşarını sözləri İsra Gülümsərə, musiqisi Ayman Bahgat Amar və Tamer Aliyə məxsus olduğu deyilən "Tamam o zaman"ı oxuyub.

AzVision.az



Teqlər:





Xəbər lenti