Sübhan Bəkirov vəzifəsindən azad edildi

   Sübhan Bəkirov vəzifəsindən azad edildi
  12 Yanvar 2024    Oxunub:1896
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Sübhan Bəkirov ehtiyata buraxılıb. Bu barədə AzVision.az Pravda.az-a istinadən xəbər verir.
Qeyd edək ki, Müdafiə Nazirliyinin məlumatına görə, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib.

Bunların arasında Azərbaycan Milli Müdafiə Universitetinin rəisi Heydər Piriyev və Quru Qoşunların artıq sabiq komandanı general-leytenant Ənvər Əfəndiyev də var.

AzVision.az


Teqlər:





Xəbər lenti