Yəhya Musayev vəzifəsindən azad edildi

   Yəhya Musayev vəzifəsindən azad edildi
  12 Yanvar 2024    Oxunub:1812
Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tutduğu vəzifədən azad olunub.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, Musayev Yəhya Musa oğlu 1959-cu ildə Bakıda anadan olub.

O, 2006-cı ildən, Müdafiə Sənayesi Nazirliyi yarandığı dövrdən nazir müavini vəzifəsini tuturdu.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı Sərəncam ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub./Report

AzVision.az


Teqlər:





Xəbər lenti