Müdafiə naziri Türkiyəyə başsağlığı verib
Başsağlığıda deyilir: "Cari ilin 12 yanvar tarixində, Pençe-Kilit antiterror əməliyyatı bölgəsində terror təşkilatı üzvlərinin xaincəsinə hücumu nəticəsində Türkiyə
Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbər məni hədsiz kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Biz terrorun bütün növ təzahürlərini qətiyyətlə qınayırıq.
Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və dəstəkləyirik".
AzVision.az
Teqlər: