"2023-cü il tarixdə ən isti il olub" - NASA
"2023-cü ildə Yer kürəsinin orta səthinin temperaturu rekord həddə qədər isti olub. Keçən il orta temperatur təxminən 1,2 dərəcə selsi olub", - alimlər hesabatda bildiriblər.
2023-cü ilin ən isti ayı, orta temperaturun təxminən 1,4 dərəcə selsi olduğu iyul idi ki, bu da rekordların başladığı 1880-ci ildən ən yüksək göstəricidir.
İyun-dekabr ayları tarixdə hər ay üçün ən isti temperatur qeydə alınıb.
"NASA və Milli Okean və Atmosfer Administrasiyasının qlobal temperaturla bağlı hesabatları milyonlarla insanın son bir ildə yaşadıqlarını təsdiqləyir: biz iqlim böhranı ilə üz-üzəyik", - NASA-nın direktoru Bill Nelson deyib.
AzVision.az
Teqlər: