"Hazırda yağış sulu qara keçib"
Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 32 m/s-dək, Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Mingəçevirdə 21 m/s, Ağdamda 18 m/s, Bərdə, Tərtərdə 16 m/s Şəkidə 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4.2 metrdir.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında , Naxçıvan MR-da 4 dərəcəyədək isti, Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 4 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək şaxta olub.
AzVision.az
Teqlər: