Namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma komissiyası yaradılıb

Namizədlərin ödənişsiz efir vaxtının bölgüsü üçün püşkatma komissiyası yaradılıb
  13 Yanvar 2024    Oxunub:1236
2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyası yaradılıb.
AzVision.az -ın məlumatına görə, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qərar qəbul edilib.

Komissiyanın sədr müavini Rövzət Qasımovun təqdimatı ilə ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma komissiyasının yaradılması, püşkatmanın yeri və vaxtının müəyyən edilməsi müzakirə olunub.

Ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma yanvarın 15-i saat 14:00-a təyin edilib.

Püşkatma komissiyasının tərkibinə MSK üzvləri Qabil Orucov, Fuad Cavadov, Almaz Qəhrəmanlı, MSK mətbuat katibi Şahin Əsədli daxil edilib.

Xatırladaq ki, fevralın 7-ə təyin edilən növbədənkənar Prezident seçkilərində iştirak üçün MSK 7 nəfərin - İlham Əliyev, Zahid Oruc, Razi Nurullayev, Fazil Mustafa, Elşad Musayev, Qüdrət Həsənquliyev, Fuad Əliyev – namizədliklərini qeydə alıb.
AzVision.az



Teqlər:





Xəbər lenti