Heydər Əliyev Beynəlxalq Aeroport ştat rejimdə çalışır
Texniki park tam təchiz olunub, hava limanında uçuş-enmə zolaqlarının, yolların və təyyarələrin buzlaşma əleyhinə maye ilə təmizlənməsi üçün daima bütün zəruri işlər aparılır.
Aerodroma cəlb edilən resurslar növbəti gün üçün hava proqnozuna uyğun hazırlanıb ki, bu da dəyişikliklərə tez reaksiya verməyə və mümkün mənfi təsirləri minimuma endirməyə imkan verir.
Təyyarələrə texniki qulluq və sərnişinlərə xidmət də planlı şəkildə həyata keçirilir.
AzVision.az
Teqlər: