“Zaqreb Open”: Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb

      “Zaqreb Open”:    Azərbaycanın yunan-Roma güləşçisi qızıl medal qazanıb
  14 Yanvar 2024    Oxunub:1402
Xorvatiyada keçirilən güləş üzrə “Zaqreb Open” turniri başa çatıb.
AzVision.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 6 üzvü mübarizəyə qoşulub.

Ülvü Qənizadə (72 kiloqram) həlledici görüşdə macarıstanlı Levente Levaya (7:0) qalib gələrək qızıl medalın sahibi olub.

Nihat Məmmədli (60 kiloqram), Murad Əhmədiyev, Murat Lokyayev (hər ikisi 97 kiloqram), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kiloqram) isə məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.

Bununla da Azərbaycan güləşçiləri ilin ilk reytinq turnirinə 2 qızıl və 5 bürünc medalla yekun vurublar.

AzVision.az


Teqlər:





Xəbər lenti