Yaponiya səmasında naməlum obyekt göründü - VİDEO
“Yanan şar” formasında olan naməlum obyekt barədə ilk məlumatı isə Yaponiyanın Kanaqava prefekturasındakı Hiratsuka şəhərinin tarix-diyarşünaslıq muzeyinin kuratoru Daiçi Fudzii yayıb. Muzeydə astronomiya bölməsinə cavabdeh olan Fudzii sosial şəbəkə hesabında evində quraşdırılmış kameradan çəkilən kadrları da yayıb.
Kadrlarda parlaq alov saçan və surətlə uçan şar formalı obyektin səmadan necə düşməsi aşakr əks olunub. Fudzinin təhlilinə görə, obyekt saniyədə 42,4 kilometr sürətlə uçub və onun düşmə trayektoriyası Saqami körfəzindən Naqano prefekturasına qədər uzanıb.
Həmçinin yerli media bəzi ərazilərdə partlayışa bənzər səslərin eşidildiyini yazıb.
"Bu isə meteoritə xas xüsusiyyətdir", - muzeyin kuratoru qeyd edib.
Tural Tağıyev
AzVision.az
Teqlər: Yaponiya