Qarda sürüşən 60 nəfər təcili yardıma müraciət edib

   Qarda sürüşən 60 nəfər təcili yardıma müraciət edib
  15 Yanvar 2024    Oxunub:1111
Qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müxtəlif travmalarla müraciət edib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Qeys edilib ki, qarlı hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirib.

Bildirilib ki, son 2 gün ərzində müracitlərin sayında artım qeydə alınıb. 14-15 yanvar 2024-cü il tarixlərində hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar müxtəlif travmalar səbəbilə 60 nəfər Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət edib.

Müxtəlif bədən xəsarətləri, xüsusilə aşağı ətrafların travması səbəbi ilə onlara ilk yardım göstədildikdən sonra hər biri profil üzrə xəstəxanalara təxliyə olunublar.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti