Səhiyyə Nazirliyi: "Qarda sürüşən 75 nəfər travma alıb"

      Səhiyyə Nazirliyi:    "Qarda sürüşən 75 nəfər travma alıb"
  15 Yanvar 2024    Oxunub:1287
Qarda xəsarət olan 137 nəfər Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna müraciət edib.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.

Bildirilib ki, onlardan 75 nəfəri hava şəraiti ilə əlaqədar olaraq müxtəlif sınıq və əzilmə xəsarətləri olan vətəndaşlardır.

Xəsarət alanlardan 4-ü travma, 4-ü isə stasionara yerləşdirilib. Vəziyyətləri həkimlər tərəfindən yaxşı qiymətləndirilir. Digərlərinə tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Qeyd edək ki, əvvəlki günlərlə müqayisədə müraciətdə ciddi fərq olmayıb. Belə ki, digər günlərdə 140, 127, 114 nəfər müxtəlif travmalarla İnstitutun təcili tibbi yardım şöbəsinə müraciət ediblər.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti