Prokurorluqda rəhbər vəzifədə işləyən qadınların sayı açıqlanıb
-1649406245.jpg)
Bu barədə Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.
Onun sözlərinə görə, prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır: "Onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilib.
Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3%-ni faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir".
AzVision.az
Teqlər: