183 nəfər edam olunacaq

183 nəfər edam olunacaq
  22 İyun 2014    Oxunub:884
Misir məhkəməsi "insanları etirazlara cəlb etmək və polis idarələrinə hücum" ittihamı ilə mühakimə olunan fəalların cinayət işinə xitam verib.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aralarında `Müsəlman Qardaşları`hərəkatının rəhbəri Məhəmməd Bədinin də olduğu 183 nəfərə edam cəzası kəsilib.

Misirin qanunlarına görə adları açıqlanan məhkumlar qırmızı köynək geyinərək edam ediləcəklər.

Qeyd edək ki, ötən ilin oktyabr ayında Əzhər Universitetində təşkil edilən aksiyalar zamanı isə fəal olan 27 tələbəyə hökm oxunub.

Onlardan 14-nə 7 il, 8 tələbəyə 3 il, birinə isə 5 il həbs cəzası verilib.

AzVision.az



Teqlər:  





Xəbər lenti