25 mini qazanan həkim: "Həyat yoldaşım iki gün küsülü qaldı"
"20 il əvvəl bu oyunu oynayanda həyacanlı idim. Elə bu gün də. 20il əvvəl 7-ci suala qədər qalxmışdım. O dövrdən çox şey dəyişib. Demək olar ki, əvvəlki oyunları izləmişdim və adətən, hansı sualların verildiyini təxmin edirdim. Çalışdım ki, onlara hazırlaşım".
Qalibin çəkilişdən 4 ay sonra yayımlanan verilişdə qazandığı məbləğdən yalnız həyat yoldaşının xəbərdar olub:
"Oğlum dedi ki, mənə nəticəni demə, mən oyuna baxacağam. Biz bilmirdik ki, verilişin göstərilməsi 4 ay çəkəcək, 2 həftə, 1 ay gözləyirdik. Əvvəlcə dözmək çətin idi, sonra artıq hamının yadından çıxdı. Yeganə bilən həyat yoldaşım idi, o da 2 gün mənimlə danışmadı, məcbur olub ona dedim”.
Qeyd edək ki, Namiq Mustafayev 15-ci suala cavab verməkdən imtina edərək oyunu dayandırıb. O, veriliş tarixində sonuncu suala qədər gələrək sözügedən məbləği qazanan yeganə iştirakçıdır.
AzVision.az
Teqlər: