"Dünyada ilk dollar trilyonçu 10 ildən sonra olacaq"

   "Dünyada ilk dollar trilyonçu 10 ildən sonra olacaq"
  15 Yanvar 2024    Oxunub:1424
2034-cü ilə qədər dünyanın ilk dollar trilyonçusu olacaq və yaxın 230 ildə yoxsulluğun kökü kəsilməyəcək.
AzVision.az xəbər verir ki, bu barədə Yoxsulluğa qarşı mübarizə təşkilatlarının beynəlxalq birliyi (Oxfam) məlumat yayıb.

Oxfam-ın məlumatına görə milyarderlər Yaxın Şərqdə maliyyə sərvətinin 48%-nə, Asiyada 50%-nə, Avropada 47%-nə sahibdirlər. Eyni zamanda, dünyanın 148 ən böyük korporasiyası 1,8 trilyon dollar mənfəət əldə edərək, səhmdarlara əhəmiyyətli dividendlər ödəyib. Həmin vaxtı isə bu korporasiyaların yüz milyonlarla işçisi maaşlarının kəsilməsi ilə üzləşib.

Milyarder sərvəti 2020-ci ildən bəri 3,3 trilyon dollar artıb. Hətta bu dövrdəki inflyasiyadan üç dəfə sürətlə artıb.

"Oxfam International"-ın rəhbəri Amitabh Bihar bildirib ki, milyardlarla insan pandemiya, inflyasiya və müharibələrdən əziyyət çəkir, milyarderlərin sərvəti sürətlə çoxalır.

Bihar vurğulayıb ki, milyarderlər korporasiyaların onlara əhalinin qalan hissəsi hesabına daha çox sərvət gətirmələrini təmin etmək üçün əllərindən gələni edirlər.

Oxfam 90 ölkədə fəaliyyət göstərən 17 təşkilatdan ibarətdir. Assosiasiyanın məqsədi bütün dünyada yoxsulluq və ədalətsizlik problemlərini həll etməkdir.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti