AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib. O qeyd edib ki, Füzuli və Laçında əmək yarmarkaları keçirilib. "Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən həmin ərazilərdə işləyən mütəxəssislər üçün bir sıra güzəştlər müəyyən edilib. 9 şəhər və rayonu əhatə edərək 900 mindən çox şəxsə xidmət göstərən Qarabağ Regional DOST Mərkəzi, həmçinin Qarabağ Regional Peşə Hazırlığı Mərkəzi istifadəyə verilib. İsmayıllıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin “DOST Evi” filialının açılışı olub".
Aytən Zəhra
AzVision.az