Qazilərə verilən təqaüd artırılacaq? - Açıqlama

  Qazilərə verilən təqaüd artırılacaq?  -    Açıqlama
  16 Yanvar 2024    Oxunub:941
Qazilərə verilən təqaüdün artırılması uzun müddət ictimaiyyətdə müzakirə edilir. Nazirlik tərəfindən onların iş yerləri ilə təmin edilməsi istiqamətində davamlı iş aparılır.
AzVision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev 2023-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.

"Hazırda həmin şəxslərə 80 manat məbləğində vəsait ödənilir. Nazirlik tərəfindən qazilərin müvafiq iş yerləri ilə təmin olunması istiqamətində də davamlı iş aparılır. Növbəti mərhələlərdə əhaliyə ödənilən sosial ödənişlərin artırılması fonunda bu məsələyə də baxıla bilər".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti