"Roma" Mourinyo ilə yollarını ayırdı

"Roma" Mourinyo ilə yollarını ayırdı
  16 Yanvar 2024    Oxunub:1115
İtaliyanın "Roma" klubu portuqaliyalı baş məşqçi Joze Mourinyonu istefaya göndərib.
AzVision.az xəbər verir ki, klub bu barədə bəyanat yayıb.

"Kluba gəldiyi gündən bəri göstərdiyi səylərə görə Xoseyə təşəkkür edirik. Onun “Roma”dakı fəaliyyətini həmişə xoş xatirələrlə yada salacağıq, ancaq klubun maraqlarına uyğun dəyişiklik həyata keçirilməlidir. Xose və köməkçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq", - bəyanatda deyilir.

Xatırladaq ki, Mourinyo 2022-ci ildə Avropa Konfransı Liqasını qazanaraq azarkeşlərin sevimlisinə çevrilib və ötən mövsüm komandanı Avropa Liqasının finalına çıxarıb.

Bununla belə, keçən həftəsonu “Milan”a 3:1 hesabı məğlubiyyət “Roma”nı A Seriyasında 9-cu pillədə qoyub.

Firudin Həmidli
AzVision.az


Teqlər: futbol   məşqçi   istefa  





Xəbər lenti