“Hər iki qız övladı müəllimədir. Qaynananam İkinci Dünya Müharibəsini, Birinci Qarabağ müharibəsini və sonda Vətən müharibəsini görüb. Ağır işlərdə işləyib. Ali təhsili olmasa da çox savadlı qadındır. Son 3 il ərzində ayaqları tutuldu deyə yeriyə bilmədi”.
Şərəf nənənin qızı Vəsil Hüseynəliyeva deyir ki, anası son bir neçə ilə qədər mütaliə etməyi sevirmiş:
“Məmməd Səid Ordubadinin “Qılınc və Qələm”, Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” kitablarını oxuyub. Türk ədəbiyyatından mütaliə edib. Həm latınca, həm də krilcə oxuya bilir. Çox yaddaşlı bir insandır. Qızım ali məktəbə hazırlaşanda onun kitablarını oxuyurdu”.
Azərbaycanda neçə seçici var? - RƏSMİ |
Vəsilə xanımın sözlərinə görə, anasını yaşadan insanlara və həyata olan sevgisidir.
“Əsəbləri sakitdir. Həlim, yumşaq adamdır. Aqressiyası yoxdur. Münaqişəyə girmir. İnsanlara, həyata olan sevgisi onu yaşadır. Uşaqları sevir, onları qucaqlayır, öpür.
Həmişə ət yeməyi yeyir. Ancaq onu sulu formada xoşlayır. Xəşil, əriştə, balqabaq kimi yeməklərə də böyük həvəsi var”.
Səməd Səmədov: ”Hərdən gəlib bizdə 10 gün və ya bir ay qalır. Sonra öz evini istəyir. Qala bilmir”.
Yeznəsinin sözlərinə görə, nənəyə seçki ilə bağlı məlumatlar da veriblər.
“Kimə səs verəcəyini soruşanda deyir, öz bildiyim namizədə səs verəcəyəm. Açıqlamır. Prezident İlham Əliyevin, Qüdrət Hüseynquliyevin, Fazil Mustafanın namizəd olduğunu bilir”.
Şahanə Rəhimli
AzVision.az