Naxçıvanda dələduzluq: 200-dən çox şəsin məlumatını ələ keçirdi

   Naxçıvanda dələduzluq:    200-dən çox şəsin məlumatını ələ keçirdi
  16 Yanvar 2024    Oxunub:909
Naxçıvan polisi tərəfindən baş vermiş hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilir.
Naxçıvan Daxili İşlər Nazirliyindən AzVision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində “Park AVM” ticarət mərkəzində yerləşən “Güvənli Əmlak” adlanan ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub .

Aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub

N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.

AzVision.az



Teqlər:





Xəbər lenti