“İŞİD” üç kəndi ələ keçirdi

“İŞİD” üç kəndi ələ keçirdi
  22 İyun 2014    Oxunub:696
“İraq və Şam İslam Dövləti” terror təşkilatının yaraqlıları İraqda daha 3 kəndi ələ keçiriblər.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə şahidlərinin və təhlükəsizlik nümayəndələrinin verdiyi məlumata görə, yaraqlılar Anbar rayonunun Rava, Ana və Rutba kəndlərinə hücum edərək həmin əraziləri zəbt edib.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

Mirvari Nəcəf


Teqlər:





Xəbər lenti