Klub prezidenti qəflətən dünyasını dəyişdi

Klub prezidenti qəflətən dünyasını dəyişdi
  16 Yanvar 2024    Oxunub:1113
Almaniya "Herta"sının prezidenti Kay Bernşteyn 43 yaşında qəflətən dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, Bernşteyn 2022-ci ilin iyulundan “Herta”nın prezidenti vəzifəsini icra edib. Bundan əvvəl o, “Herta”nın ən böyük fan-klubunu “Berlin Harlequins 98”i yaradanlardan biri olub.

Qeyd edək ki, "Herta" bu mövsüm ikinci Bundesliqada çıxış edir. 17 turdan sonra Berlin klubu 25 xal toplayıb və 7-ci yerdədir.

AzVision.az



Teqlər:





Xəbər lenti