Əfsanəvi futbolçu vəfat etdi

Əfsanəvi futbolçu vəfat etdi
  16 Yanvar 2024    Oxunub:1299
"Atletiko"nun sabiq müdafiəçisi Xorxe Qriffa 89 yaşında dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Argentinalı veteran futbolçu 1959-1969-cu illərdə “Atletiko”da oynayıb. O, komandanın heyətində 247 oyun keçirib və 6 qol vurub.

Qeyd edək ki, Qriffa 1966-cı ildə "Atletiko" ilə İspaniya çempionu olub. O, Madrid klubu ilə 3 dəfə İspaniya kubokunun və Kuboklar Kubokunun da qalibi olub. Griffa "Atletiko" tarixinin ən yaxşı müdafiəçiləri sırasında idi.

AzVision.az



Teqlər:





Xəbər lenti