Ən yaşlı vəkilin 87, ən gənc vəkilin isə 24 yaş var

   Ən yaşlı vəkilin 87, ən gənc vəkilin isə 24 yaş var
  17 Yanvar 2024    Oxunub:921
Azərbaycanda fəaliyyət göstərən ən yaşlı vəkil Səttarova Türrə (13.07.1936 – 87 yaş), ən gənc vəkil isə Məmmədova Nuranədir (22.08.1999 – 24 yaş).
Bu fakt Vəkillər Kollegiyasının 2023-cü il üzrə fəaliyyəti barədə hesabatda yer alıb. Vəkillər Kollegiyasının məlumatına əsasən, hazırda ölkəmizdə fəaliyyət göstərən 2431 vəkildən 1995 nəfəri kişi, 436 nəfəri qadındır.

Həmin şəxslərdən 1976 nəfəri Bakıda, 455 nəfəri isə regionlarda fəaliyyət göstərir. Eyni zamanda, ötən altı ildə ölkəmizdə Vəkil Bürolarının sayı da təxminən dörd dəfə artaraq 135-ə çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti