Azərbaycanda hər ay azı 1700 ailə boşanır

   Azərbaycanda hər ay azı 1700 ailə boşanır
  17 Yanvar 2024    Oxunub:926
Azərbaycanda nikahların sayı azalıb, boşanmaların sayı artıb.
Bu barədə AzVision.az -a Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2023-cü ilin yanvar-noyabr ayları ərzində 49 549 nikah, 19 761 boşanma halları qeydə alınıb.

2022-ci ilin eyni dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb. Boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

AzVision.az


Teqlər:





Xəbər lenti