NATO Hərbi Komitəsinin rəhbərindən müharibə çağırışı

   NATO Hərbi Komitəsinin rəhbərindən müharibə çağırışı
  17 Yanvar 2024    Oxunub:868
NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer qlobal gərginliyin artması fonunda Alyansın döyüş qabiliyyətinin transformasiyasına çağırıb.
Brüsseldə iki günlük iclası açan generqal bildirib ki, təşkilat hər şeyin baş verə biləcəyi dövrə hazırlaşmalıdır: "Gələcəkdə tam effektiv olmaq üçün bizə NATO-nun imkanlarının transformasiyası lazımdır".

Onun sözlərinə görə, alyansın kollektiv müdafiədən istədiyinə nail olmaq üçün hərbi sahədə daha çox işlər görülməlidir. O, iqtisadiyyatın dövlət və özəl sektorları arasında əməkdaşlığın bu məsələdə əsas amil olacağını vurğulayıb.

"Ukraynanı ekzistensial mübarizəsində dəstəkləyərkən kollektiv müdafiəmizi gücləndirmək üçün bizə icma əsaslı yanaşma lazımdır".

AzVision.az


Teqlər:





Xəbər lenti